Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə, onların bilinən 166 təbii peyki, beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cismlərindən ibarətdir. Günəş sistemində yerləşən ilk dörd planetə daxili planetlər digər dörd planetə isə xarici planetlər deyilir. Günəşdən uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptundur. Yalnız 6 planetin peyki vardır. Günəş sistemində Yer planetin başqa həyat əlamətinə rast gəlinmir. Yerin təbii peyki Aydır. Yerdən başqa digər planetlərin adları yunan və Roma mifologiyasındakı tanrılardan götürülüb.
Günəş, günəş sistemində ulduz və əsas elementdir. Günəş günəş sistemindəki kütlənin 99.8% hissəsini təşkil edir. Günəş kainatın formalaşmasının son dövrlərində yaranmışdır. Daha qədim olan ulduzlardan daha çox ağır elementlərə sahibdir. Günəşin qravitasiya qüvvəsi nəticəsində planetlər günəşin ətrafında hərəkət edir. Əgər günəş bir gün
sönsə onun qravitasiya qüvvəsidə ortadan qalxacaq. Beləlikllə planetlər günəş oxundan çıxıb düz bir istiqamətdə
kainatın dərinliyinə doğru savrulacaq ta ki bir astroitlə çarpışana ya da başqa bir ulduzun orbitinə girənə qədər.

Yorumlar
Yorum Gönder